Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini 17 saylı Uşaq poliklinikasında keçirib.
Tibb işçilərinə əmək hüququ anlayışı, əmək hüququnun mənbələri, kollektiv müqavilə və saziş, əmək müqaviləsinin anlayışı, iş vaxtının anlayışı və növləri, istirahət vaxtının anlayışı və növləri barədə geniş məlumat verilib.
Tibb işçiləri layihə ekspertinə Əmək qanunvericiliyində yer alan sıra məsələlərlə bağlı suallar veriblər. Suallar dolğun və geniş şəkildə cavablandırılıb.