"Putinin Bakıya səfəri çox vaxtında edilən səfər idi. Əgər əvvəllər Cənubi Qafqaza səfərlər zamanı Rusiya liderləri əvvəlcə İrəvana, sonra isə Bakıya və ya əksinə səfər edirdilərsə, bu səfər çox fərdi xarakter daşıyır. Bu səfər mühüm parametrləri, xüsusən də strateji əməkdaşlıq perspektivləri, birgə layihələrdə iştirak, “Şimal-Cənub”, Azərbaycanın postsovet məkanına potensial inteqrasiyası, Avrasiya İttifaqına, ŞƏT-ə və hətta BRİKS-ə mümkün üzvlük məsələsini müəyyənləşdirir".
Azreform.info xəbər verir ki, bunu rusiyalı poliroloq Stanislav Tarasov deyib.
"Moskva-Bakı-Tehran formatında üçtərəfli strateji əməkdaşlıq imkanları nəzərdən keçirilir. Yeri gəlmişkən, bu bütün Cənubi Qafqazın konfiqurasiyasını tamamilə dəyişəcək. Praktikada necə olacağını görək, amma nəzəri olaraq hər şey düzgündür", - o əlavə edib.
O bildirib ki, bu konfiqurasiyada Ermənistanın yeri görünmür: "Ermənistanı haradadır? Onlar Ermənistan haqqında ancaq sülh müqaviləsinin mümkün imzalanması kontekstində danışırlar. Zəngəzur dəhlizi problemi gündəlikdə çıxarılır. İndi görək ermənilər Zəngəzur dəhlizini necə satacaqlar, bu yemi kim udacaq. Ankara və Bakı Zəngəzur dəhlizinin yeni istiqamətinin İrandan keçməsi barədə razılığa gəliblər. Bu təsadüfən edilməyib".
İran-İsrail qarşıdurması fonunda proseslərin inkişaf tendensiyasına gəldikdə Tarasovun fikrincə, İran Moskva-Bakı-Tehran üçtərəfli formatına uyğun hərəkət edəcək və İrəvanın problemləri ikinci və üçüncü plana salınacaq.
İrəvanla Bakı arasındakı sülh müqaviləsinin imzlanmasının perspektivlərinə gəldikdə isə rusiyalı politoloq deyib ki, 2020-ci ilin noynbrında imzalanan bəyanatdan 4 il keçməsinə baxmayaraq hər hansı irəliləyişə nail olunmayıb.
O hesab edir ki, sülhün əldə edilməməsi, regionda potensial gərginlik mənbəyidir və bu da Moskvanın maraqlarına uyğun olmadığından bu problem həllini tapmalıdır.
Tarasov əlavə edib ki, yaranmış durumda Ermənistan faktiki olaraq geosiyasi təcrid vəziyyətindədir: "Azərbaycanla sülh müqaviləsi yoxdur, İranla münasibətləri gərginləşib, İrəvanla Qərb arasında münasibətlərin dinamikasını bəyənmədiyi üçün Türkiyə ilə heç nə alınmır. Baxmayaraq ki, xüsusi nümayəndələr nəsə razılaşırlar. Yekunda Ankara deyir ki, Azərbaycanla müqavilə bağlanmayana qədər Ermənistanla heç bir müqavilə imzalamayacaqlar.
Ermənistanın, Qərbin, Aİ-nin potensial partnyorlarına gəlincə, onlar çox uzaqdadırlar və Ermənistana deklorativ bəyanatlardan, bəzi cüzi maliyyə yardımlarından və ola bilsin ki, hərbi dəstəkdən başqa heç nə təklif edə bilməzlər. Regionda isə hər şeyi real gücə, hadisələrin gedişatını formalaşdırmaq qabiliyyətinə malik olan dövlət və ya struktur müəyyən edir".
İranda prezident seçkilərində etnik azərbaycanlının prezident seçilməsinin bölgədə yeni situasiya yaradacağına işarə edən politoloq deyib ki, bu, bölgədə yeni əməkdaşlıq üfüqləri açır:
"Burada çoxlu ssenarilər və imkanlar ortaya çıxır. Buna görə də Putinlə Əliyev arasında danışıqlar ciddi və strateji xarakter daşıyır".
Mürtəza
Azreform.info