"Atletiko" "Çelsi"nin futbolçusunu transfer edib

21
Avq
2024
18:21

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallaher İspaniya təmsilçisi "Atletiko" (Madrid) ilə anlaşıb.

Azreform.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib.

Qeyd edək ki, Qallaher ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.