"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib

21
Avq
2024
12:56

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Azreform.info xəbər verir ki, bu barədə klubun media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında məlumat verib.

O, oyunçunun adını açıqlamasa da, sol cinah müdafiəçisi olduğunu bildirib:

"Hazırda tibbi müayinədən keçir. Bu gün və ya sabah keçid rəsmən açıqlanacaq".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 3 turdan sonra 2 xalla 7-ci pillədə qərarlaşıb.