UEFA Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" matçı start götürüb - Canlı

20
Avq
2024
23:07

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçı start götürüb.

Azreform.info xəbər verir ki, qarşılaşma "Maksimir" stadionunda keçirilir. Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Dinamo” (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Dinamo: İvan Nevistiç, Stefan Ristovski, Kevin Teofil Katrin, Sami Mmae, Pyer Qabriel, Mişiç, Marko Pyaça, Petar Suçiç, Martin Baturina, Arber Xodja, Bruno Petkoviç