UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində keçirilən "Noah" (Ermənistan) - “Ruzomberok” (Slovakiya) görüşündə elektirik enerjisində yaranan problemə görə fasilə yaranıb.
"Report" xəbər verir ki, Abovyan şəhər stadionunda baş tutan matçın 68-ci dəqiqəsində işıqlar sönüb və hər tərəf qaranlığa bürünüb.
Təxminən 20 dəqiqəlik fasilədən sonra qarşılaşma qaldığı yerdən bərpa olunub.