Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

20
Avq
2024
21:21

Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, təmsilçimiz ukraynalı Boqdan Makarovetsə 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzub – 0:8.

O, təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova heç bir şans tanımayıb – 9:0. Əmrahov qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.