"Beşiktaş" Pelenin rekordunu qıran futbolçunu transfer etdi

19
Avq
2024
23:28

"Beşiktaş" klubu braziliyalı Angelo Qabriel ilə anlaşıb. 

Offsideplus.az xəbər verir ki, "Çelsi" formasını geyinən 19 yaşlı hücumçu icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək. Daha öncə futbolçu ilə razılıq edən klub "zadəganlar"la da anlaşıb. Müqavilədə 12 milyon avroya birbaşa satın alma şərti də var.

Qeyd edək ki, Angelo 15 yaşında "Santos"un əsas komandasında debüt edərək Pelenin rekordunu qırıb, klub və Braziliya tarixinin ən gənc futbolçularından biri olub.