Ali Koç hücuma məruz qaldı - VİDEO

18
Avq
2024
11:35

Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən “Göztəpə” – “Fənərbaxça” matçında xoşagəlməz hadisə baş verib.

Azreform.info ” xəbər verir ki, oyunun ikinci hissəsində “Fənərbaxça”nın bir qrup azarkeşi tribunaya buraxılmayıb.

Klub prezidenti Ali Koç da azarkeşlərinə dəstək üçün həmin tribunaya yaxınlaşıb. Bu zaman “Göztəpə” azarkeşləri ona su butulkaları atıblar. Klub rəhbəri mühafizəçilərin nəzarəti ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən rəqib komandanın azarkeşlərindən biri onu itələyib və Ali Koç yerə yıxılıb. Baş verənlərə görə oyunda bir müddət fasilə yaranıb.(Qafqazinfo)

Həmin anın videosunu təqdim edirik: