Bu gün Xalq artisti Ənvər Həsənovun doğum günüdür.
Azreform.info xəbər verir ki, 73 yaşlı sənətkar "Qaynarinfo"ya arzularından danışıb:
"Ağrıyıram, hər gün iynə vurulur, dərman içirəm, beləcə vaxtımı keçirirəm. O qədər ağrıyıram ki, ad günümü də unuduram. Dostlar sağ olsun, gecədən zəng vurub təbrik edirlər. Bu yaşdan sonra adam özünə nə arzu edər? Heç nə arzulamıram. Hər yerim ağrıyır, yata bilmirəm. Yuxusuzluq məni öldürür. İnanın, ağrılardan bezmişəm. Ağrısız-acısız bir həyat arzulayıram. Bəlkə, bundan sonra yaxşı olaram".
Ənvər Həsənov deyib ki, dostları onunla daim əlaqə saxlayır, səhhətini soruşurlar:
"Mən heç yerə çıxa bilmirəm, onlar gəlirlər. Allah yaxşı dostları var eləsin".