PSJ 19 yaşlı futbolçunu transfer edib

17
Avq
2024
19:14

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Renn"dən Dezire Due transfer olunub.

Hazırkı ölkə çempionu 19 yaşlı yarımmüdafiəçi ilə beşillik müqavilə imzalayıb.

Qeyd edək ki, fransalı oyunçu ötən mövsüm Liqa 1-də 31 matça çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.