Mütəxəssislər tərəfindən yüksək qida dəyərinə görə tez-tez istehlak edilməsi tövsiyə edilən qatıq, limonla birləşdikdə gözəl maskaya çevrilir.
Azreform.info “Haber7”yə istinadla xəbər verir ki, qatıq və limon maskası dərini yeniləyir, eyni zamanda sızanaqları yox edir. Odur ki, qatıq və limonla hazırlanan bir neçə maskanı təqdim edirik:
Dəridəki ləkələri aparan limon maskası
Limon və qatıq, hər iki maskanın tərkib hissəsi dəri ləkələrini aradan qaldırmaqda çox təsirlidir. Dəri ləkələrini yox edən maska hazırlamaq üçün; 1 çay qaşığı qatıq, 3 damcı limon suyu, 1 çay qaşığı soda və 1 çay qaşığı sızma zeytun yağını qarışdırın. Bu qarışığı göz və dodaq bölgənizdən başqa bütün üzünüzə çəkin. Quruduqdan sonra üzünüzü yuyun və həftədə bir neçə dəfə bunu etməyə davam edin.
Qara nöqtələri təmizləmək üçün maska
Qatıq və limon, hər iki maddə antibakterial, antimikrobiyal və antiviral xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri sayəsində qara nöqtələrdən xilas olmaqda çox təsirli olurlar. 2 çay qaşığı qatıq və yarım çay qaşığı limon suyunu yaxşıca qarışdırıb bütün üzünüzə, xüsusən də qara nöqtələri olan nahiyələrə çəkin. Maska quruyanda üzünüzü su ilə yuyun. Həftədə bir dəfə tətbiq edə bilərsiniz.
Yağlı dərilər üçün limon maskası
Qatıq tərkibindəki laktik turşu sayəsində dəriyə zərər vermədən ölü hüceyrələri aşındırır və üzdəki artıq yağın sorulmasına kömək edir. Yağlı dərini normallaşdırmaq üçün bu maskanı tətbiq edə bilərsiniz; Yarım çay qaşığı qatıq, limon suyu və sürtgəcdən keçirilmiş alma qarışdırılır. Bütün üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Sonra üzünüzü su ilə yuyun.
Sızanaqlara qarşı maska
Qatıq və limon maskası artıq yağ istehsalının qarşısını alır, beləliklə sızanaqların əmələ gəlməsi ilə mübarizə aparır. 1 çay qaşığı qatıq və 1 çay qaşığı limon suyunu yaxşıca qarışdırıb üzünüzə çəkin və 15 dəqiqə gözləyin və ya pambıq parçası ilə birbaşa sızanaqların üzərinə çəkə bilərsiniz. Sonra su ilə yuyun. Dərinin yağlanmasına və sızanaq əmələ gəlməsinə görə maskanı həftədə 2-3 dəfə istifadə edə bilərsiniz.
Azreform.info