Tibb işçilərinə əmək hüququndan danışılıb

8
Avq
2024
16:11

Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini Yasamal rayon, 3 saylı poliklinikada keçirib.

Tibb işçilərinə vətəndaşların əmək hüquqlarının qorunması, rəhbərliklə işçi arasındakı münasibətlərlə bağlı hüquqi maarifləndirmə aşılanıb.

Qeyd olunub ki, ölkəmizdə hər bir vətəndaş əmək hüququnu bilməli, ona riayət etməli, üzləşə bildiyi problemlərin hüquq çərçivəsində həllinə nail olmalıdır.

Sonda tibb işçilərinin sualları cavablandırıb.