DİQQƏT - Bu nasazlıqlar qəfil ölümə səbəb olur - Mühüm XƏBƏRDARLIQ

14
Avq
2024
17:21

Son illər qəfləti ölümlərin sayı xeyli artıb. Adətən, orta və yaşlı nəsli əhatə edən qəfləti ölüm halları artıq yeniyetmələr və gənclər arasında daha da çoxalıb. Həkimlər bunu müxtəlif səbəblərlə izah edirlər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan professor Adil Qeybulla bildirib ki, qəfləti ölümlər başlıca olaraq, ürək-damar xəstəlikləri ilə bağlıdır: 

“Qəfləti ölümlər daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Yəni ürəyin qəfləti dayanması deyilən bir hadisə var və bunun tam mexanizmi aydın deyil. Bundan başqa ürəyin geniş infarktı, tromboembaliya kimi xəstəliklərdə qəfləti ölümlər özünü göstərir. Ümumiyyətlə, bu xəstəliklərin artması və “cavanlaşması” orqanizmin düzgün çalışmaması ilə bağlıdır. Yəni nəzərə almaq lazımdır ki, hüceyrələrimizin müəyyən yaşam müddəti var və müntəzəm olaraq yenilənirlər. Bu yenilənmə prosesinə zülallar, müxtəlif maddə və minerallar tələb olunur. Ona görə də orqanizmin daim qida və oksigenə ehtiyacı var”.  Klinikalar

Professor ani ölümlərin qarşısının alınması üçün bir sıra tövsiyələr verib: 

“Orqanizmə daxil olan qida maddələri və həmin maddələrin sərf olunması arasında balans olmalıdır. İnsanlar çox qida qəbul edib, az hərəkət etdikdə bu balans pozulur. Bu pozuntu insanlarda artıq çəkiyə, diabet xəstəliyinə, o cümlədən damarların divarında xolestrinlərin toplanmasına səbəb olur. Daralmış damar təbii ki, qanı lazımi səviyyədə müxtəlif orqanlara çatdıra bilmir. Ürək əzələsi daim işləyən əzələ olduğu üçün müntəzəm olaraq yüksək oksigenə həssasdır. Ona görə də, ürək damarlarının daralması son nəticədə fiziki yüklənmə zamanı infarkta gətirib çıxarır. Təəssüflər olsun ki, insanlar belə faktları nəzərə almır. Digər tərəfdən, həddən artıq alkoqol qəbulu, mütəmadi siqaret çəkmək də insanların qəfləti ölümlərinin əsasında dayanır. Təbii ki, stressi və ekoloji faktorları da nəzərə almaq lazımdır. İnsanlar mütəmadi idman etməli, pis vərdişlərdən uzaq olmalı və düzgün qidalanmalıdır”.