İsmayıllıda torpaq sürüşməsi olub

13
Avq
2024
11:21

İsmayıllı rayonu Basqal kənd yolunda torpaq sürüşməsi baş verən əraziyə baxış keçirilib.

İsmayıllı rayonu Basqal kənd icra nümayəndəsi Novruz Əsədov qeyd edilən hadisə ilə bağlı “Report”un yerli bürosuna açıqlamasında yolun mövcud vəziyyətindən xəbərdar olduqlarını bildirib.

Onun sözlərinə görə, İsmayıllı rayon 9 saylı Yol-İstismar İdarəsinin əməkdaşları torpaq sürüşməsi olan yola baxış keçiriblər və vəziyyəti qiymətləndiriblər.

İcra nümayəndəsi əlavə edib ki, yolda yaranan problem yaxın günlərdə aidiyyəti qurum tərəfindən aradan qaldırılacaq.