3 milyon avroluq kokain ələ keçirildi

11
Avq
2024
16:28

Yunanıstanın Salonik şəhərinin limanında 93 kiloqram kokain ələ keçirilib.

Azreform.info xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, kokain Ekvadordan banan gətirən gəmidə aşkar olunub. Yüklər fransız şirkəti tərəfindən quru yolla Rumıniyaya daşınmalı imiş.

Ələ keçirilən kokain 3 milyon avro dəyərində qiymətləndirilir.