Mingəçevirdə körpə doğuş vaxtı öldü

11
Avq
2024
09:42

Mingəçevir Şəhər Xəstəxanasında yeni doğulan körpə ölüb.

Azreform.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gecə baş verib.

Belə ki, şəhər sakini Şəlalə Abdullazadənin dünyaya gətirdiyi körpə az sonra vəfat edib.

Bildirilir ki, bu Ş.Abdullazadənin ilk doğuşu olub.

Faktla bağlı araşdırma aparılır.