Ukrayna sübut edir ki, ədaləti bərpa etməyi bacarır - Zelenski

11
Avq
2024
08:35

Ukrayna Silahlı Qüvvələri döyüşləri Rusiya ərazisinə aparır və ədaləti bərpa edir.

Azreform.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında bildirib.

O, bütün istiqamətlərdə dövləti effektiv şəkildə müdafiə edən hərbçilərə təşəkkür edib.

Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski avqustun 10-da cəbhədəki vəziyyət və müharibənin təcavüzkarın ərazisinə köçürülməsi” barədə bir neçə dəfə məlumat verib.

“Ukrayna sübut edir ki, o, həqiqətən ədaləti bərpa etməyi bacarır”, - prezident vurğulayıb.

Elvin

Azreform.info