Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib.
Azreform.info "Qaynarinfo"ya istinadla xəbər verir ki,, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib.
Belə ki, 1985-ci təvəllüdlü Pərviz Camalov (ad-soyad şərtidir) içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb.
Qadın bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib.
P.Camalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə P.Camalova səkkiz gün müddətə inzibati həbs tətbiq olunub.