Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vito" markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.