Dağıstanda niqablı şəxs polis əməkdaşlarına atəş açıb

9
Avq
2024
21:21

Dağıstanın Daxili İşlər Nazirliyi Çeçenistan Respublikasından olan Əli Demilxanov haqqında axtarış elan edib.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, polis sənədləri yoxlamaq istədiyi zaman Demilxanov “VAZ 111730” markalı avtomobildən polisə atəş açıb.

DİN-in məlumatına görə Çeçenistanın Şali rayon sakini olan 41 yaşlı Demilxanov niqabda olub.

Hadisə zamanı iki polis əməkdaşının yaralandığı bildirilir.

Polis hər yerdə cinayətkarı axtarır.