Kursk hücumu;- Kiyevin, yoxsa Moskvanın marağına xidmət edir

9
Avq
2024
17:49

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə  gözlənilməz hücumu və bunun arxasında dayanan səbəblər. Əvvəlcədən onu qeyd edim ki, Ukraynaın Kursk əməliyyatı çoxgedişli və çox məqsədli çarpaz oyunlara xidmət edir. Buradan təkcə Ukrayna, onun tərəfdaşları deyil, həm də hücuma məruz qalan Rusiya da faydalanmağa çalışacaq. 

Birincisi, son aylarda, xüsusən də ABŞ-kı seçkilər fonunda  və HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra  Yaxın şərqdə yaranmış vəziyyət Rusiya-Ukrayna müharibəsi  beynəlxalq aləmin diqqətində arxa plana keçirib. Bu əməliyyatı həyata keçirməklə  Kiyev beynəlxalq aləmin diqqətini yenidən Ukrayna məsələsinə cəlb etmək və gündəmdə saxlamağa xidmət edir.

ABŞ-kı seçkilərdə  Respublikaçılaırn namizədi Donlad Trampın seçki kampaniyasında  önə çıxması və onun Rusiya-Ukrayna müharibəsinə  Demokratlardan fərqli yanaşması  rəsmi Kiyevi ciddi narahat etməkdədir. Düzdür, ABŞ-da Tramp prezident seçilsə belə  Ağ Evin Ukrayna ilə bağlı siyasətində ciddi dəyişiklik olmayacaq. Amma  Demokratlardan fərqli siyasətin də yürüdülməsi də istisna deyil və bunu Tramp açıq şəkildə dilə gətirib.

Avropa ölkələrinin isə ABŞ olmadan Ukrayna məsələsində Rusiyanıın qarşısında tab gətirməsi çətin məsələdir.  Odur ki, rəsmi Kiyev  bu əməliyyatı keçirməklə diqqəti özünə cəlb etmək və prosesləri öz xeyirnə yönəltmək məqsədi daşıyır.

İkincisi, Rusiya ilə danışıqlaqda əlini möhkəmlətmək istəyir və bundan  maksimum faydalanmağa çalışır.

Üçüncüsü, Rusiyanın  imicinə növbəti zərbə vurmaq və bununla da rus ordusunun  bir daha   beynəlxalq aləmə nümayiş etdirməkdir. İstənilən vaxt kişik qüvvə ilə Rusiyanın təhlükəsizliyinə ciddi təhdid yaratmaq olar.

Dördüncüsü, Rusiya  cəmiyyətində  xof yaradıb, parçalamaq  məqsədi güdülür.  göstərmək ki, təhlükəsizliyinizə təminat yoxdur. İstənilən an  təhlükə ilə üzləşə bilərsiniz. Ukraynanın davamlı PUA hücumu da buna xidmət edir.

Beşincisi,  Rusiyaya qarşı qisas kimi dəyərləndirmək olar.

Altıncısı, Kiyev bundan istifadə edib Moskvaya təzyiqi daha da gücləndirmək, ən əsası da  Qərbdən  aldığı raketlərdən Rusiyanın dərinliyini vurmaq üçün  icazə almaq məqsədi daşıyır. 

Kursk əməliyyatında Moskvanın marağı

467882

Kursk əməliyyatı Rusiyadakı qüvvələrin maraq dairəsində olması istisna deyil. Çünki Rusiyada son prezident seçkilərindən sonra daxildə, xüsusən də orduda və təhlükəsizlik orqanlarında ciddi təftiş getməkdədir.  Artıq xeyli sayda  yüksəkrütbəli ordu zabitləri həbs edilib. Bu da öz növbəsində orduda və xüsusi xidmət orqanlarında  cəbhələşməyə səbəb olub. Ordudakı qüvvələr belə bir əməliyyata rəvac  verməklə  daxildəki təftişi dayandırıb vəziyyəti öz xeyirlərinə dəyişmək planı ola bilər. Əgər belə olmasaydı, ordu hücumun qarşısını alardı. Rus ordusunun və kəşfiyyatın əvvəlcədən  belə bir hücumdan  xəbəri olması qeyri-mümknüdür. Bunun sübutu  kimi "Vətənin müdafiəçiləri ordusu" təşkilatının  Rusiyanın 58-ci ordusunun keçmiş komandiri və hazırda həbsdə olan general-mayor İvan Popovun azad edilərək  Kurskdakı döyüşlərə qatılması ilə bağlı  ölkə prokurorluğuna müraciəti qeyd etmək olar.

Bunu  həm də Rusiyada ordu daxilindəki "razborkalar"ın nəticəsi hesab etmək olar. Bu prosesdə ordudakı çeçen qruplaşmasının aktivliyinin, o cümlədən  "vaqner"in yenidən reablitasiyasının şahidi oluruq. Bütün bunlar ordu daxilindəki qruplaşmaların savaşının nəticəsi hesab etmək olar.

Növbəti bir məqam isə  Putinin  bundan həm orduda növbəti təmizləməni həyata keçirmək planı da istisna deyil. 

Kursk əməliyyatının  növbəti bir səbəbi isə Rusiyanı İranın  İsrailə  gözlənilən hücumundan kənar tutmağa xidmət edir.  HƏMAS liderinin Tehranda qətlindən sonra  İran Rusiyayay təkcə hava hücumundan müdafiə sisteminin  möhkəmləndirılməsi məqsədi ilə silah və  hərib texnika ilə təmin etməklə yanaşı, İsrailə hücumunda onun yanında yer almasını açıq şəkildə istəyib. RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun avqustun 5-də Tehrana səfəri zamanı  bu məsələlər müzakirə edilib.  Kursk əməliyyatı da məhz  Şoyqunun Tehrana  səfərindən dərhal sonra başlayıb. Qərb və İsrail  bu taktikaya əl atmaqla  Rusiyanın  diqqətini İrana dəstəkdən yayındırmaqla Tehranı hücumdan geri çəkilməyə  sövq edirlər. Bununla həm də Rusiyanın İrana daha çox orta və uzaqmənzilli raketlərin verilməsinin qarşısını almağı hədəfləyir. Bu plan da öz bəhrəsini verməkdədir. Məhz İranın İsrailə əks hücumlaırnın gecikdirməsinin səbəblərindən də biri budur. Çünki İran meydanda təkdir və  İsrailə hücumdan uğurla çıxması üçün yetərli gücə malik deyil.  
Odur ki, Kursk əməliyyatından  bütün tərəflər özləri üçün faydalanmağa çalışacaq. Amma bunun ən çox ziyan çəkəcəyi ölkə varsa, o da Ukrayna olacaq və bu da istisna deyil.
Birincisi ona görə ki, Ukrayna həmin ərazidə uzun müddət mövqe tutub qala bilməz və  Kiyevin buna yetəri gücü yoxdur. İkincisi, Rusiya əks hücum həmləsi ilə Kurskla həmsərhəd Ukrayna ərazisinə daxili olub əlavə ərazilər zəbt edə bilər. Onsuz da Moskvanın Xarkovu zəbt etmək kimi bir planı ortadadır. Rusiya bundan öz təhlükəsizliyini təmin etmək  üçün  bufer bölgə yaratmaq adı altında  Sumı və Xarkova genişmiqyaslı hücum edib nəzərdə tutulan  planını reallaşdıra bilər.  Kiyev də bundan çox narahatdır və bu narahatlılığı görməmək mümkün deyil.

Mürtəza
Azreform.info