Türkiyədə Milyonçu şousunun yeni aparıcısı o olacaq - FOTO

9
Avq
2024
17:28

Türkiyədə “Kim milyonçu olmaq istəyir” şousunun sevilən aparıcısı, aktyor Kənan İmirzalıoğlu artıq layihədən uzaqlaşıb.

Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun yerinə yarışma proqramında məşhur aktyor Oktay Kaynarcanın aparıcılıq edəcəyi bildirlir.

Məlumata görə, K.İmirzalıoğlu yenidən seriallara çəkilməyə qərar verdiyindən belə bir addım atıb. 

Qeyd edək ki, K.İmirzalıoğlu 5 ildir adıçəkilən verilişdə aparıcılıq edirdi.

Billurə