Türkiyəli aktyor nitq qabiliyyətini itirdi

9
Avq
2024
16:21

Tanınmış türkiyəli aktyor Peker Açıkalın beyin qanaması keçirib.

Azreform.info “Hürriyet”ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 61 yaşlı yumoristik aktyor nitq qabiliyyətini itirib.

Onun nitq funkiyasını bərpa etmək üçün cərrahi əməliyyat edilməsi gözlənilir.

Qeyd edək ki, bir neçə il əvvəl infarkt keçirən aktyor həmin vaxt da uzun müddət xəstəxanada müalicə almışdı.

Xatırladaq ki, P. Açıkalın “Çiçek taksi” serialında fırıldaqçı Ömər, “Avrupa yakası”ndakı Qaffur rolları ilə məşhurlaşıb.