Azərbaycan dövlətinə, xalqna ömrünü həsr edən polkovnikin yubiley günüdür

9
Avq
2024
13:37
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün uğrunda fədakarcasına müstəsna xidmətləri olmuş, şəhid aillərinin, müharibə əlillərinin, veteranlarının dostiu olan,
Azərbaycan Silahlı Qüvələrinin, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, alim, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru dəyərli vətənpərvər polkovnik dostumuz CƏLİL MALİK OĞLU XƏLİLOVUN 65 iliik yebleyidir.

Bizdə bir müharibə veteranlarının təşkilat olaraq bu əlamətdar gündə Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Himayəçilik Şurasının adından və şəxsən öz adımdan hörmətli vətənpərvər cənab polkovmik CƏLİL XƏLİLOVU ad günü və 65 iliik yebleyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək, ona həyatda möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar diləyərək, ümidlərinin gerçək olmasını arzu edirik.

Mən bir müharibə veteranı kimi, dəyərli polkovmik Cəlil Xəlilovu yaxından tanıdığım üçün onun haqqında xususi ilə qeyd etmək istəyirm ki, Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyət göstrdiyi ilərdə onun yüksək mədəniyyətinə, səmərəli çoxşaxəli fəaliyyəti göstərərək dövlətimizə və veteranlar hərakatına öz xeyirli töfəsini vermişdir.

Polkovmik Cəlil Xəlilov yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunmaları istiqamətində, Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycanda “Vətənin müdafiəsinə hazıram!” devizi altında təşkil etdikləri müxtəlif formatlarda keçirilən maarifləndirmə xarakterli silsilə tədbirlərində, gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılmış tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm verilməsində yaxından iştirak edir.

Polkovmik Cəlil Xəlilov 27 sentyabr –8 noyabr 2020-ci il tarixlərində, 44 günlük davam etmiş Vətən müharibəsində, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Müzzəfər Ali Baş Komandanı Cənab İlham Əliyev Xalqa müraciyyət edəndə bir veteran və ehtiyatda olan hərbiçi zabit kimi təcrübəli döyüşçü kimi könüllü olaraq yenidən ordu sıralarında səfərbər olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşmuş əskərlərimizin yanına gedıərək onlara dəstək olmış və həmçinin kütləvi informasıya vastələrində öz çıxışları ilə idialoji təbliğat apararaq fədakarlıqla yaxından iştirak etmişdilər.

Polkovnik Xəlilov veteran olmaqla yanaşı tarix, geosiyasət, mədəniyyətşünaslıq onun hobbisidir. Təhlükəsizlik məsələlərində isə o, əsl peşəkar kimi tanınmışdır: bir sıra elmi əsərlərin və ali məktəblər üçün dərsliklərin müəllifidir. Bu əsərlərdə bir çox aparıcı ölkələrin milli təhlükəsizlik sistemlərini hərtərəfli müqayisəli təhlil edən müəllif eyni prinsiplər əsasında Azərbaycanın xüsusiyyətlərini nəzərə alaraq, respublikanın təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üçün innovativ yollar təklif edir.

Cəlil Xəlilov hesab edir ki, milli təhlükəsizliyin təmin edilməsi üçün ilk növbədə ölkədə sosial sabitlik, etnik və dini həmrəylik olmalı, milli iqtisadiyyat inkişaf etdirilməli, dövlət hakimiyyəti orqanlarının işinin keyfiyyəti artırılmalı, onların vətəndaş cəmiyyəti ilə səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri yaradılmalıdır. Yaşamaq, işləmək, mənzil almaq, sağlamlıq, əlçatan təhsil və mədəni inkişaf hüququna riayət olunması məsələləri xüsusi diqqət tələb edir.

Umumiyyətlə, Cəlil Xəlilovun qənaətinə görə, bu ali məqsədlərə nail olmaq üçün hakimiyyətin müxtəlif qollarında korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyinin effektivliyinin artırılması prioritet əhəmiyyət kəsb edir. O, haqlı olaraq belə hesab edir ki, korrupsiya dövlət idarəçiliyi, insanların sosial və iqtisadi rifahı üçün əsas bəladır.

Polkovnik Cəlil Xəlilovun vətənpərvərlik mövzusunda çox parlaq bir məqalə yazmışdı. “Bakinskiy raboçiy” qəzetində dərc olunmuş bu yazının anonsu bir ilə yaxın qəzetin birinci səhifəsində qaldı. Bu, həmin məqaləyə verilən yüksək qiymətin göstəricisidir. Maraqlıdır ki, müəllif həmin məqaləyə epiqraf kimi Ulu Öndər Heydər Əliyevin “Vətənpərvərlik insanın daxilindəki duyğulardır, əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” və böyük ingilis şairi Corc Bayronun: “Öz Vətənini sevməyən insan heç nəyi sevə bilməz” sözlərini vermişdi. Vətənpərvərlik mövzusunda tədqiqatları davam etdirən polkovnik Cəlil Xəlilovun “Vətənpərvərlik mədəniyyətdir” sərlövhəli məqalədə “vətənpərvərlik mədəniyyəti” anlayışını araşdırmışdır. Bu məqalə Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada nəşr olunmuş “Mədəniyyətlərin dialoqu - müasir dövrün çağırışları” kitabına da daxil edilmişdir.

Cəlil Xəlilov dəfələrlə öz çıxışlarında xususi ilə vurğulamışdır ki, Vətənpərvərlik xalqın tarixi yaddaşının digər tərəfidir. Əgər siz xalqın tarixi yaddaşını bu və ya digər vasitələrlə məqsədyönlü şəkildə “malalaya” bilirsinizsə, o zaman tarixi istədiyiniz şəkildə yenidən yaza, ictimai şüuru manipulyasiya edə, təhrif olunmuş geosiyasi transformasiyalarla barışacaq nəsillər formalaşdıra bilərsiniz. Bu baxımdan, Azərbaycan vətənpərvərliyinin formalaşmış qanunlarına qarşı xarici təxribat törədilə biləcəyini həmişə nəzərə almaq lazımdır.

Cəlil Xəlilov haqlı olaraq belə hesab edir ki, vətənpərvərliyin mənşəyini sarsıtmaq – gələcəkdə dövlətin əsaslarını dağıda biləcək təhlükəli və mürəkkəb proseslərə zəmin yarada bilər. Bu, çox vaxt hakimiyyətdən narazı olan daxili düşmənlərin, “beşinci kolon”un əli ilə edilir. Adətən bunlar milli maraqlara, dövlət siyasətinə qarşı çıxan siyasi qruplardır. Tarixdə “beşinci kolon”un dağıdıcı fəaliyyətinin nümunələri çox olub. Sovet İttifaqının dağılmasını xatırlamaq kifayətdir. Məhz sovet vətənpərvərliyini gözdən salmağa başlamış yenidənqurma ideoloqları sovet xalqının fəxr etdiyi, müqəddəs saydığı bütün dəyərlərə sistemli şəkildə aşağılamağa yönəlmiş ideoloji iş apardılar.

Cəlil Xəlilov öz fəaliyyətində Heydər Əliyevin vəsiyyət etdiyi multikulturalizm və Azərbaycançılıq konsepsiyalarına sadiqdir. Buna görə təsadüfi deyil ki, Azərbaycanın veteranlar təşkilatı respublikanın rus, ukraynalı, belarus icmaları ilə fəal əlaqələr saxlayır, MDB ölkələrinin səfirlikləri ilə əməkdaşlıq edir.

Müharibə veteranlarına qayğı, onların sosial müdafiəsi Cəlil Xəlilov üçün müqəddəs işdir. Onun təşəbbüsü ilə Azərbaycanda “Veterana kömək et” ictimai hərəkatı çərçivəsində demək olar ki, hər bir cəbhəçi himayəyə götürülüb. Gənclərin Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmətə yola salınmasına həsr edilmiş təntənəli mərasimlərdə veteranların iştirakı, veteranların iştirakı ilə igidlik dərsləri, ədəbi və musiqi müsabiqələrinin keçirilməsi xoş ənənəyə çevrilib.

Cəlil Xəlilovun beynəlxalq fəaliyyəti diqqətəlayiqdir. Müxtəlif veteran təşkilatlarının Moskvada, Parisdə, Belqradda keçirilən yığıncaqlarında onun çoxsaylı çıxışları iştirakçılar tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanır. O, çıxışlarında göstərir ki, son on ildə Azərbaycan iqtisadiyyatının görünməmiş dərəcədə inkişafı sayəsində nəinki əhalinin həyat səviyyəsinin və yaşam keyfiyyətinin aşağı düşməsini dayandırmaq, hətta bu göstəricilərin artmasını təmin etmək mümkün olmuşdur. Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin inkişafı ilə bağlı dövlət siyasəti müxtəlif separatçı hərəkatların əsaslarını sarsıdıb. Orduya, onun mütəşəkkilliyinə, müasir silah növləri ilə təminatına lazımi diqqət və qayğı göstərilməsi sayəsində ölkənin müdafiə qabiliyyəti artıb. Nəticə etibarı ilə, xarici ekspansiya təhlükəsi aradan qalxıb. Beynəlxalq siyasətdə və digər dövlətlərlə münasibətlərdə adekvat mövqelər müəyyənləşdirilərkən milli maraqlar əsas götürüldüyü üçün ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artıb.

Bu yaxınlarda Cəlil Xəlilovun qələminin məhsulları olan iki maraqlı, dərin məzmunlu kitab nəşr edilib: Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Xalqa həsr edilən ömür” kitabı və ali məktəblər üçün “Milli təhlükəsizlik nəzəriyyəsi” dərsliyi. Hər iki kitab Azərbaycanın elmi, pedaqoji və mədəni ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Bizdə bir müharibə veteranları təkilatı olaraq, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Himayəçilik Şurasının adından, Azərbaycan Dövlətinə və Xalqına öz nümunəvi xidmətləri ilə Azərbaycan dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında, gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanması istiqamətində xidmətlərini və şəhid aillərinə, müharibə əlillərinə, vetranlara göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik CƏLİL MALİK OĞLU XƏLİLOVU “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı ilə və “FƏXRİ FƏRMAN”- la təltif edərək, şəhid aillərinə, müharibə əlillərinin, vetranların yaxın dostu adına layiq gördük. Təbrik edirik!

Hörmətlə, Əfqanstan və Qarabağ müharibəsinin veteranı,
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər”
Fondunun prezidenti SƏRRAF ORUCOV