Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb

9
Avq
2024
09:56

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, 1953-cu il təvəllüdlü Mahirə Hümbətova yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.

Yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M.Hümbətovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.