Zurabişvili ölkə hakimiyyətini xəyanətdə İTTİHAM ETDİ

9
Avq
2024
01:14

"Birləşmiş Ştatlar Gürcüstan hökumətinin hərəkətləri, o cümlədən “xarici agentlər haqqında” qanunun qəbulu səbəbindən Riçard Luqar İctimai Səhiyyə Araşdırma Mərkəzinə maliyyə dəstəyini dayandırmaq qərarına gəlib".

Azreform.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Onun fikrincə, Vaşinqton COVID-19 pandemiyası da daxil olmaqla, peyvəndlər verməklə Tiflisə dəfələrlə kömək edib.

“Ölkənin demoqrafik göstəricisi fəlakətli səviyyəyə düşdüyü, yüz minlərlə insanın ölkəni tərk etdiyi bir vaxtda Amerika ilə belə mühüm əlaqələri kəsmək birbaşa xəyanətdir”, Zurabişvili öz Facebook səhifəsində yazıb.(Publika.az)