QHT İsmayıllıda tədbir keçirib

8
Avq
2024
13:11

 

Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini İsmayıllı rayonunda tikinti sahəsində çalışan işçilərlə keçirib.

Bu dəfə də vətəndaşların çalışdıqları sahələrdə əmək hüquqlarının qorunmasından bəhs edilib. Bildirilib ki, hər bir işçi öz əmək hüququnu bilməlidir, rəhbərlik tərəfindən pozulan hüquqlarını qorumaqdan ötrü hüquqi biliklərə malik olmalıdır.

Layihə ekspertləri tikinti sahəsində tez-tez əmək hüquqlarının pozulduğu, işçilərin nəzərdə tutulan vaxtdan artıq işlədilmələri, əmək təhlükəsizlik qaydalarına riayət olunmadığı halların olduğunu qeyd ediblər.

Daha sonra tədbir işçiləri əmək qanunvericiliyinə uyğun təlimatlandırılıblar, hüquqi cəhətdən maatifləndiriliblər. Suallara cavab verilib.