İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur

7
Avq
2024
21:49

BMT Təhlükəsizlik Şurası İsrailin aqressiv addımlarına qarşı səsini çıxara bilmədiyi üçün Tehranın HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməkdən başqa yolu yoxdur.

APA TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən növbədənkənar iclasında deyib.

O deyib ki, Təhlükəsizlik Şurası tərəfindən hər hansı müvafiq tədbir görülmədiyi halda, İran İslam Respublikasının özünün qanuni müdafiə hüququndan istifadə etməkdən başqa seçimi yoxdur.