Yəhya Sinvarın HƏMAS-ın yeni lideri seçilməsi beynəlxalq aləmdə ciddi rezonansa səbəb olub. İlkin təəssürat ondan ibarətdir ki, Sunvarın HƏMAS lideri seçilməsi və onun keçdiyi yol, sərgilədiyi mövqe Yaxın Şərqdə proseslərin səngimək istiqamətində deyil, gərginliyin daha da dərinləşməsinə xidmət edəcək.
62 yaşlı Yəhya Sinvar HƏMAS-ın yaradıcılarından bii olmaqla yanaşı, təşkilatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının və İsraillə əməkdaşlıq edən fələstinlilərə qarşı cəza əməliyyatlarında ixtisaslaşmış HƏMAS daxili təhlükəsizlik təşkilatı "Məcd"in yaradıcılarından biri hesab olunur. Sunvar İsamyıl Haniyədən fərqli olaraq Fələstin məsələsinin İsraillə dialoq yolu ilə deyil daha sərt metodlarla həllinin tərəfdarlaırndan biri hesab olunur. ona İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi Sunvarın HƏMAS-ın yeni lideri seçilməsi ilə bağlı mövqeyini açıqlayarkən deyib ki, fələstinlilərin İsraili gələcəyə ümiddən məhrum edən bir yol seçməsi deməkdir.
İsrail tərəfi də Sunvarın HƏMAS lideri seçilməsindən məmnun qalmayıb. İsrail tərəfi İsmayıl Haniyəni, hərbi komandan Məhəmməd Deifi qətlə yetirməklə HƏMAS-ı tamamilə sıradan çıxaracaq. Amma proseslər onlaırn gözləntilərinin əksini ortaya qoydu. İsrail tərəfi Sunvarın HƏMAS lideri seçilməsinə sərt reaksiya verib.
İsrail xarici işlər naziri İsrael Kats ölkəsinin mövqeyini açıqlayaraq deyib ki, Yəhya Sinvarın HƏMAS-ın yeni rəhbəri təyin olunması təşkilatın tamamilə məhv edilməsi üçün yeni səbəb oldu. "Artıq bunun başqa yolu yoxdur qeyd edib.
Bunu onu deməyə əsas verir ki, Yəhya Sunvarın HƏMAS lideri seçilməsi Yaxın Şərqə yeni gərginlik, yaxud da genişmiqyaslı müharibə vəd edir.
Çünki Sunvarın HƏMAS-ın yeni lideri seçilməsi İsrailə məsələni danışıqlar yolu ilə deyil, Qəzza ilə nəzərdə tutduğu planları, o cümlədən HƏMAS-ın Qəzza zolağındakı dayaqlarını sıradan çıxarmaq üçün hərbi əməliyyatları davam etdirməyə üstünlük verəcək. Bu da öz növbəsində Yaxın Şərqdə müharibə alovunun genişlənməsinə gətirib çıxara bilər. Əgər İsmayıl Haniyənin ölümündən sonra ABŞ da daxil olmaqla dünyanın digər ölkələri Yaxın Şərqdə eskalasiyaya imkan verməmək üçün İran və İsrailə təzyiq edərək, gərginliyi müəyyən dərəcədə səngitməyə nail olsalar da, bundan sonra proseslərin yenidən kəskinləşməsi qaçılmaz xarakter alacaq. Bu da bölgədə əlavə gərginlyin yaranmasına və İsrail baş naziri Benyamin Netanyahunun istəyinə uyğun olaraq bölgədə münaqişə coğrafiyasının genişlənməsinə imkanlar yaradacaq. Münaqişə ocağının genişlənməsi isə Yaxın Şərqə yaxşı heç nə vəd etmir. Çünki münaqişə ocağının genişlənməsi proseslərin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Bu da öz növbəsində beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradar.
Mürtəza
Azreform.info