Ukrayna Rusiyaya hücum edib - çoxsaylı ölü və yaralılar var

7
Avq
2024
11:49

Ukrayna ordusunun  Rusiyanın Kursk vilayətinə hücumu nəticəsində onlarla xəsarət alan və xeyli sayda ölən var.

Azreform.info xəbər verir ki, Ukrayna ordsu avqustun 6-da  Kursk vilayətinə   300-ə  yaxın canlı qüvvə, 11 tank və 20 zirehli maşınla  hücuma keçib.

Nəticədə  28 rusiyalı yaralanıb, 5 nəfər isə ölüb. Yaralananlar arasında 6 uşaq var.
Ölən və yaralananlar əsasən Kursk vilayətinin Sudjanski və Korenevski rayonunun sakinləridir. Hücum zamanı iki kilsə də dağıdılıb.

Müdafiə Nazirliyinin məlumatına görə , ötən gecə hava hücumundan müdafiə sistemləri Ukryana ordusuna məxsus 11 PUA-nı zərərsizləşdirib.

 Nazirliyin məlumatına görə, PUA-lar Kursk, Voronej, Belqorod və Rostov vilayətləri üzərində  zərərsizləşdirilib.

Ukrayna ordusuna məxsus PUA Voronejdə iki yaşayış binasına düşüb. Hələlik itki barədə məlumat verilmir.

Mürtəza
Azreform.info