Hücum əməliyyatlarımız üçün bütün bölmələr gözləmə rejimindədir - İsrail zabiti

6
Avq
2024
01:07

İsrail ordusunun gələcək hücum hərəkətləri ilə bağlı planlar hazırdır.

Azreform.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının zabiti Ori Qordin bildirib.

“Gələcək hücum əməliyyatlarımız üçün planlar hazırdır, bütün bölmələr gözləmə rejimindədir”, - deyə İsrail zabiti qeyd edib.

Onun sözlərinə görə, İsrail əsgərləri ölkənin şimalındakı vəziyyəti dəyişmək və sakinləri evlərinə qaytarmaqda qətiyyətlidirlər.