Türkiyə İsraillə bağlı məhkəmə iddiasına qoşulmaq niyyətindədir - Fidan açıqladı

5
Avq
2024
22:07

Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün avqustun 7-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

Azreform.info ” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə ikigünlük səfəri çərçivəsində apardığı danışıqların yekununda bildirib.

Onun sözləri Türkiyə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.

“İsraillə bağlı hazırladığımız dosyeni prosesdə iştirak etmək imkanı əldə etmək üçün çərşənbə günü Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyik”, - Fidan deyib.