QHT Şamaxıda tədbir keçirib

5
Avq
2024
15:52

 

Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində iədbirini Şamaxı rayonunda "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları ilə keçirib.

Tədbirdə layihənin məqsədləri və həyata keçirilməsi ilə bağlı tədbir iştirakçıları məlumatlandırılıb.

Tədbir iştirakçılarına vətəndaşların əmək hüquqları ilə bağlı hüquqi müstəvidə söhbətlər aparılıb. Əmək qanunvericiliyi, əmək münasibətləri, işçilərin əmək hüquqlarının qorunması, müəssisələrdə təhlükəsizliyin qorunması və s. məsələlərlə bağlı tədbir iştirakçılarına dolğun məlumatlar verilib.