Türkiyədə bəy və gəlin qəzada ölüb

5
Avq
2024
14:42

Toydan qayıdan bəylə gəlin yol qəzasında dünyasını dəyişib.

Azreform.info xəbər verir ki, hadisə Türkiyənin Kütahya əyalətində baş verib.

Tavşanlı rayonunda toyu olan Mustafa Özer və həyat yoldaşı Havvanur Biltekin toydan sonra gecə saatlarında öz maşınlarında qəzaya düşüblər.

Hadisə yerinə gələn tibb işçiləri Mustafa Özer və həyat yoldaşı Havvanur Biltekinin hadisə yerində dünyasını dəyişdiyini müəyyən ediblər. 

Qəza nəticəsində bir nəfər də yaralanıb.

Mürtəza
Azreform.info