İsraildən HƏMAS-a qarşı növbəti sui-qəsd - HƏMAS təsdiqlədi

3
Avq
2024
12:07

HƏMAS-ın hərbi qanadı olan Qəssam briqadalarının yüksək səviyyəli komandrilərindən biri olan Haitham Balidi İsrailin pilotsuz təyyarəsinin avtomobilinə hücumu nəticəsində həyatını itirib. 

Azreform.info xəbər verir ki,  HƏMAS Tulkərimdəki komandirlərindən olan Balidinin öldüyünü təsdiqləyib.

İsrail ordusu İordan çayının qərb sahilində Tulkərimə hava zərbəsi endirib. Hərəkətdə olan avtomobilin hədəf alındığı hücumda ümumilikdə 5 nəfərin həyatını itirdiyi bildirilib.

HƏMAS həmin şəxslərdən birinin Heitham Balidi olduğunu təsdiqləsə də, digər 4 nəfərin kimliyi ilə bağlı açıqlama verilməyib. İnsanların cəsədlərinin tamamilə yandığı bildirilib.
Tulkərimdəki qruplar hücumdan sonra matəm elan ediblər.

Mürtəza
Azreform.info