Baydenin Netanyahudan tələbi: Dərhal razılaş və dayandır!

2
Avq
2024
22:07

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahudan eskalasiyanı dayandırmağı tələb edib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, Bayden Netanyahudan bölgədəki gərginliyi dayandırmağı, HƏMAS-la Qəzza zolağında atəşkəs üçün dərhal razılığa gəlməyi tələb edib.

Bundan əlavə, Bayden İsrailin son vaxtlar apardığı siyasətdən kəskin narazılığını bildirib.