Lukaşenko maaşının azlığından ŞİKAYƏTLƏNDİ: "Niyə qaldırmırsan?!

2
Avq
2024
01:21

Belarus Prezidenti Aleksandr Lukaşenko zarafatla maaşının artırılmamasından şikayətlənib.

Azreform.info xəbər verir ki, bu barədə "Пул Первого" "Telegram" kanalı məlumat yayıb.

O, Prezident Administrasiyası sistemində fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi mərasimində iştirak edib.

"Niyə maaşımı qaldırmırsan? Beş il bir yerdə", - ölkə lideri aparıcı mühasibi mükafatlandırarkən sual verib.

Bundan əvvəl Lukaşenko Belarusda edam cəzasına məhkum edilmiş alman Riko Krigeri əfv etmək qərarına gəlib.(publika.az)