QHT növbəti tədbirini Sabunçu rayonunda keçirib - FOTOLAR

29
İyl
2024
16:54

 

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarlna Dövlət Dəstəyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində növbəti tədbirini Sabunçu rayonu, 18 saylı şəhər Poliklinikasında keçirib.

Azreform.info xəbər verir ki, tədbiri açan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva öncə belə aktual mövzulu layihələrə maliyyə yardımı göstərdiyinə görə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, eyni zamanda tədbirin təşkilinə görə adıçəkilən xəstəxananın baş həkimi Vəfa Əliyevaya, o cümlədən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib. QHT sədri layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və qeyd edib ki, ana südünün fayda və əhəmiyyəti barədə maarifləndirilmə tədbirləri gündəmdə saxlanılmalıdır.

Tədbirdə iştirak edən Sabunçu rayonu, 18 saylı Şəhər Poliklinikasının Baş həkimin müavini Səadət Məmmədova, şöbə müdiri Leyla İsmayılova, Sabunçu rayonu üzrə baş pediatr Aygün Cəfərli ana südünün körpələrin gələcək sağlamlığı üçün əvəzsiz nemət olduğu barədə fikir və tövsiyələrini söyləyiblər. Sonra mütəxəssislər mövzu ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda layihənin tərəfdaşı olan “Zəhra Xatun” MMC-nin rəhbəri Leyla Həsənova tərəfindən analara hədiyyələr təqdim edilib.

12:49 | 29.07.202