Depressiya, əzələ qıcolması, tövşümə varsa - Bədəndə nə çatışmır?

16
Dek
2023
05:35

Kalsium olmadan sümük, əzələ və hüceyrələr normal işləyə bilməz. Orqanizmdə 150 prosesdə iştirak edən kalsiy təzyiqə və qanın laxtalanmasına da təsir edir.

"Medicina" xəbər verir ki, böyük adamın orqanizmində 1,2 min qram kalsiy var. Onun 99% sümüklərdə, 1%-i mayedədir.
Orqanizmdə kalsium balansını parathormon vəziləri tənzimləyir. Çox hallarda defisit D vitamini əskikliyi, zəif qidalanmadan olur.

Kalsiy defisinin simptomları - əzələlərin qıcolması, atması, bədəndə keyimələr, tənəffüsdə problem, aşağı təzyiq və ürəkdə problemlərlə özünü göstərir.

Xroniki defisitdə dişlər tökülür, dırnaqlar qırılır, gözdə katarakta oluyr, depressiya, şəxsiyyət dəyişməsi, əqli zəiflik və psixoz belə ola bilər.

Kalsium çox olduqda və yaxşı mənimsənilmədikdə kalsifikasiya gedir- toxuma və damarlarda yığılır, bu da damar tutulmasına səbəb olur. Bu vəziyyət də təhlükəlidir.

Kalsium balansı üçün Günəş işığı, D vitamini, yağlı qida, kalsiumlu ərzaqlar lazımdır. Kəsmik, qatıq və yoqurtu bol edin.