Türkiyədə zəlzələ oldu

26
İyl
2024
20:07

Türkiyənin Bingöl vilayətində 4,2 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Bingölün Karlıova rayonunda, 12 kilometr dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.