Aclığa və yoxsulluğa qarşı alyans yaradılır

26
İyl
2024
05:21

Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyans yaradılır.

Azreform.info xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.

Prezident bu təşəbbüsün dünyada aclığa son qoymaq məqsədi daşıdığını bildirib.

“Ofisləri Roma və Braziliya şəhərlərində yerləşəcək Alyans Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) katibliyi tərəfindən idarə olunacaq. Onun strukturu kiçik, səmərəli və müvəqqəti olmaqla ixtisaslaşmış kadrlardan formalaşacaq. Xərclərin yarısını Braziliya tərəfi ödəyəcək”, - deyə prezident qeyd edib.