İranda yeni xəstəliyə yoluxanların sayı artdı

21
İyl
2024
17:07

İRNA xəbər verir ki, İranda son aylarda “Denge” qızdırmasının yayılması halları artıb və hazırda ölkənin 40 şəhəri “Aedes” ağcaqanadının fəsadlarından əziyyət çəkir.

Məlumata görə, İranın Səhiyyə Nazirliyi yanında “Aedes” tərəfindən ötürülən xəstəliklərin idarə olunması proqramının rəhbəri Əbdürrza Mirövliyayi deyib:

“Hazırda “Denge” qızdırmasına yoluxanların sayı 150 nəfərə çatıb. Bu xəstəliyin yaranmasına səbəb olan ağcaqanadların meydana gəlməsi üçün lazım olan şərait ölkəmizdə də var, ancaq biz bunun qarşısını maksimum dərəcə almağa çalışırıq”.