Massaçusets Louell Universitetinin alimləri optimal maqnezium səviyyələrinin demensiya inkişafının ən aşağı riski ilə əlaqələndirildiyini üzə çıxarıblar.
Alimlər qanda maqneziumun optimal səviyyəsinin demensiyadan qoruya biləcəyini bildiriblər.
Onlar yetkinlərin idrak sağlamlığında maqneziumun rolunu araşdıran tədqiqatları sistematik olaraq nəzərdən keçiriblər.
Elm adamları, həmçinin qida və ya əlavələrdən alınan müxtəlif maqnezium formalarının koqnitiv bacarıqlara necə təsir etdiyini müəyyən etmək üçün seçilmiş elmi məqalələrin meta-analizini aparıblar.
Nəticədə müəyyən edilib ki, qanda bu mikroelementin səviyyəsinin optimal səviyyədə (0,085 mmol/litr) saxlanılması yaddaş itkisi və digər koqnitiv pozğunluqların ən aşağı ehtimalı ilə əlaqələndirilir.
Tədqiqatın nəticələri “Advances in Nutrition” jurnalında dərc olunub.