Antalyada meşə yanğını

21
İyl
2024
00:14

Antalyada meşə yanğını qeydə alınıb.

APA “CNN Türk”ə istinadən xəbər verir ki, Konyaaltı rayonunda meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir.

Yanğının söndürülməsinə 3 təyyarə, 2 helikopter, 5 su tankeri, 2 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürən balon cəlb olunub.