Tramp Zelenskiyə zəng edib

20
İyl
2024
14:21

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.

Azreform.info xəbər verir ki, Ukrayna prezidentinin ofisi təfərrüatları açıqlamayıb.

Tramp isə öz  “Truth social”  şəbəkəsindəki səhifəsində Zelenski ilə söhbətin çox yaxşı keçdiyini  və Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsi münasibətilə onu təbrik etdiyini  yazıb.

Tramp  həmçinin Zelenskinin  ona “əlini uzatmasını” da  təqdir edib.

“Çünki mən sizin ABŞ-ın növbəti prezidenti olaraq dünyaya sülh gətirəcək və müharibəyə son qoyacağam. Hər iki tərəf zorakılığa son qoyacaq və tərəqqiyə doğru yol açacaq razılaşmaya  gələ biləcək”, -  Tramp əlavə edib.

Zelenski daha sonra teleqram kanalında  görüş barədə yazıb ki, Trampla ədalətli sülhün əldə olunması və bunun davamlı olması  məsələsini müzakirə etdik.

Mürtəza
Azreform.info