Ermənistanda polis şöbəsinə silahlı basqın - yaralılar var

20
İyl
2024
12:35

Ermənistanda xarici ölkə vətəndaşı Kotayk polis şöbəsinə silahlı basqın edib.

Azreform.info "shamshyan.com"a istinadən xəbər verir ki, gecə saatlarında polis şöbəsinə odlu silahlı  basqın zamanı polislərdən biri güllə yarası alıb və o xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs silahlı qarşıdurmada  özü də yaralanıb.

Faktla bağlı cinayət işi başlanıb və bəlli olub ki,  polis şöbəsinə silahlı basqın edən şəxs əcnəbidir. 

Mürtəza
Azreform.info