Bayden xanımını da səhv salıbmış - VİDEO

19
İyl
2024
22:07

Bayden həyat yoldaşını başqa bir qadınla səhv salıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TheSun” nəşri məlumat paylaşıb.

Görüntülərdə bir tədbirdə Bayden başqa bir xanımla səmimi söhbət edir.

Söhbət yalnız Baydenin həyat yoldaşı Cill Baydenin müdaxiləsindən sonra başa çatır.

Qeyd edək ki, görüntülər ABŞ liderinin NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukrayna lideri Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə səhv salmasından sonra gündəmə gəlib. Qeyd olunub ki, Baydenin həqiqətən də əqli problemləri mövcuddur.