YAP sabah toplanır - Namizədlər bilinəcək

16
İyl
2024
21:28

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti sabah toplanır.

Partiyanın qərargahında keçiriləcək vacib iclasın səbəbi növbədənkənar parlament seçkiləridir.

İclasda YAP-ın bu seçkilərə hansı namizədlərlə gedəcəyi müəyyənləşəcək.

Hakim partiyanın sabiq deputatlarının bu seçkilərdə iştirak edib-etməyəcəyi də maraqla gözlənilir.