Bakıda 2 maşın toqquşub, sürücü axtarışdadır - FOTO

14
Dek
2023
23:42

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“BMW” markalı maşını idarə edən şəxs yol ayrıcından geriyə dönərkən “Honda” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını “BMW” markalı avtomobilə çırpıb. Qəza zamanı “BMW” yol ayrıcı betona çırpılaraq dayanıb. “Honda”nın sürücüsü hadisə yerindən yayınıb. Məlum olub ki, “Honda” markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Fakt üzrə əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü axtarışdadır.